Bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçiriləcək

Bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçiriləcək

Aprelin 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışlarda 26 gimnast - senyorkalar və1999-2001-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər. Gimnastlar mütləq çöxnövçülükdə, eləcə də ayrı-ayrı növlərdə medallar uğrunda mübarizə aparacaqlar.

Hazırkı Azərbaycan çempionu Marina Durunda öz titulunu qorumaq və ikinci dəfə qızıl medal qazanmaq niyyətindədir. Lalə Yusifova, Gülsüm Şəfizadə və Nilufər Niftəliyeva birinci yer uğrunda mübarizədə onun əsas rəqibləridirlər.

Çempionatda Respublika Kompleks İdman Məktəbi və "Baku Fleyms" klubunun gimnastları ilə bərabər, ""Neftçi" və "Spartak" cəmiyyətlərinin, Bakı Gimnastika Məktəbinin, Şağan Olimpiya İdmanı Mərkəzinin və "Ocaq" idman klubunun nümayəndələri iştirak edəcəklər.
Turnirin Milli Gimnastika Arenasında təşkil edilməsi marağı daha da artırır. Çünki çempionat iyunun 13-15-də Bakıda keçiriləcək Avropa çempionatı ərəfəsində bir növ test-turnir olacaq.
Milli çempionat ölkənin ən yaxşı gimnastlarının ifasında rəngarəng nümunəvi nömrələrdən ibarət qala-konsertlə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə