"Qoca sinyora" "Napoli" ilə bacarmadı

"Qoca sinyora" "Napoli" ilə bacarmadı

Futbol üzrə İtaliya A Seriyasında 31-ci turun oyunları olduqca maraqlı nəticələrlə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub. Günün ən maraqla gözlənilən qarşılaşmasında lider "Yuventus" səfərdə "Napoli"nin qonağı olub. Artıq demək olar ki, turnir cədvəlində ən yaxın izləyicisindən 11 xal öndə olmaqla, bu mövsüm üçün çempionluq titulunu böyük ölçüdə təmin edən "qoca sinyora", əzəli rəqiblərindən olan "Napoli"ni məğlub etməklə liderliyini bir qədər də möhkəmləndirmək istəyirdi. Lakin qarşılaşma "qoca sinyora" üçün acınacaqlı məğlubiyyətlə yekunlaşıb. Belə ki, oyun meydan sahiblərinin 2:0 üstünlüyü ilə başa çatıb. Bu, cari mövsümdə Turin təmsilçinin ikinci məğlubiyyətidir. Qeyd edək ki, A seriyada 31-ci tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.


30 mart

İtaliya A Seriyası, 31-ci tur

"Sassuolo" - "Roma" - 0:2
Qollar:
Destro, 16 (0:1), Bastro, 90 (0:2)

"Verona" - "Genua" - 3:0
Qollar:
Donadel, 35 (1:0), Toni, 88 (2:0), 90 (3:0)

"Torino" - "Kalyari" - 2:1
Qollar:
Kaddori, 45 (1:0), Sersi, 71 (2:0), Nene, 78 (2:1)

"Sampdoriya" - "Fiorentina" - 0:0

"Latsio" - "Parma" - 3:2
Qollar:
Luliç, 16 (1:0), Biabiani, 26 (1:1), Kloze, 67 (2:1), Çiani, 81 (2:2), Kandreva, 90 (3:2)

"Napoli" - "Yuventus" - 2:0
Qollar:
Kaleaxon, 37 (1:0), Mertenz, 81 (2:0)



29 mart

"Bolonya" - "Atalanta" - 0:2
Qollar:
De Luka, 22 (0:1), Estigarribia, 26 (0:2)

"Milan" - "Kyevo" - 3:0
Qollar:
Balotelli, 4 (1:0), Kaka, 27 (2:0), 54 (3:0)

31 mart

"Udineze" - "Katanya"

"Livorno" - "İnter"


S Komandalar O Q H M Xal
1. Yuventus 31 26 3 2 81
2. Roma 30 21 7 2 70
3. Napoli 31 19 7 5 64
4. Fiorentina 31 15 7 9 52
5. İnter 30 12 12 6 48
6. Parma 30 12 11 7 47
7. Atalanta 31 14 4 13 46
8. Latsiio 31 12 9 10 45
9. Verona 31 13 4 14 43
10. Torino 31 11 9 11 42
11. Milan 31 11 9 11 42
12. Sampdoria 31 11 8 12 41
13. Genua 31 10 9 12 39
14. Udineze 30 10 5 15 35
15. Kalyari 31 7 11 13 32
16. Kievo 31 7 6 18 27
17. Bolonya 31 5 11 15 26
18. Livorno 30 6 6 18 24
19. Sassuolo 31 5 6 20 21
20. Katania 30 4 8 18 20

Bütün xəbərlər Facebook səhifəmizdə