“Xəzər Lənkəran” “Böyük oyun”a hazırdır

“Xəzər Lənkəran” “Böyük oyun”a hazırdır

Bu gün Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində Bakıda "Neftçi"nin qonağı olacaq "Xəzər Lənkəran" hazırlığını başa vurub. Siasport.az saytının məlumatına görə, artıq 3 gündür ki, paytaxtda məskunlaşan "Xəzər Lənkəran" İdman Akademiyasının stadionunda keçirdiyi məşqləri dünən yekunlaşdıraraq oyun saatını gözləyir. Heyətdə Rasim Ramaldanov, Tural Cəlilov və Tyeqo do Jesus zədəli olsa da, hər 3 futbolçu komanda ilə birlikdədir.

Xatırladaq ki, "Neftçi" - "Xəzər Lənkəran" matçı bu gün saat 17:00-da, "Bakcell Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə