Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XIV turu çərçivəsində növbəti oyun keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində təşkil olunmuş matçda "Rabitə" komandası "Lokomotiv" kollektivini qəbul edib.
Rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan çempionu "Rabitə" turnir cədvəlində 1-ci pillədəki mövqeyini möhkəmlədib. Çempionlar Liqası yarışlarının bürünc mükafatçısının hesabında 29 xal var.
"Azəryol" və "İqtisadçı" komandaları müvafiq olaraq 2-ci və 3-cü pillədə qərarlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB