Şaqiri "Bavariya"dan ayrılacağını açıqladı

Şaqiri "Bavariya"dan ayrılacağını açıqladı

"Bavariya"nın futbolçusu Xerdan Şaqiri mövsümün sonunda Münhen təmsilçisindən ayrıla bilər. Siasport.az saytı xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazılar dərc edib. Məlumata görə, bu barədə 22 yaşlı oyunçunun özü açıqlamasında deyib: "Hazırda "Bavariya"da xoşbəxtəm. Ancaq istədiyim təklif gələrsə, buradan ayrıla bilərəm. Aldığım təklifləri dəyərləndirəcəm". Qeyd edək ki, X.Şaqiri ilə "Liverpul", "Yuventus", "Napoli" və "Borussiya"nın (Münhenqladbarx) maraqlandığı iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə