Rusiyanın "Zenit" futbol klubu, baş məşqçisi Luçano Spaletti istefaya göndərilib. Siasport.az saytı Sankt-Peterburq klubunun rəsmi saytına istinadən xəbər verir ki, artıq komandanın yeni baş məşqçisi də müəyyənləşib. Peterburq təmsilçisini bundan sonra ötən il futbolçu karyerasını başa vuran Sergey Semak çalışdıracaq. Semakın Premyer Liqada ilk sınağı isə martın 15-də CSKA (Moskva) klubuna qarşı olacaq. Qeyd edək ki, Spaletti 2009-cu ildən "Zenit" klubunu çalışdırırdı. Onun istefaya göndərilməsinin dəqiq səbəbləri hələlik açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB