Yunan-Roma güləşçiləri Macarıstan Qran Prisində iştirak edəcək

Yunan-Roma güləşçiləri Macarıstan Qran Prisində iştirak edəcək

1-2 mart 2014-cü il tarixində Macarıstanın Szombatxel şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Qızıl Qran Pri beynəlxalq turniri keçirləcək. Siasport.az saytının məlumatına görə, turnirdə yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvünün iştirakı nəzərdə tutulub. Ölkəmizi məşqçi Ayoub Azmoudehin rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə