Qara Qarayev "Rəvan" - "Qarabağ" oyununda meydana çıxmayacaq

Qara Qarayev "Rəvan" - "Qarabağ" oyununda meydana çıxmayacaq

"Qarabağ" klubu "Rəvan"la oyuna hazırdır. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın XXII turunda "sarı-qırmızı"ları qəbul edəcək komanda hazırlıqlarını tamamlayaraq, oyun saatını gözləyir. Sonuncu turda AZAL-la qarşılaşdıqdan sonra istirahət etmədən dərhal hazırlıqlara başlayan Ağdam təmsilçisi artıq məşqləri baş çatdırıb.

"Qarabağ" klubunda "Rəvan"la oyunöncəsi ciddi itki var. Qara Qarayev vərəqə limitini doldurduğuna görə oyunu buraxmalı olacaq.
Qeyd edək ki, "Rəvan" - "Qarabağ" oyunu fevralın 19-u, saat 17:00-da "Bayıl-Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə