"Fənərbaxça" sensasiyaya imkan vermədi...

"Fənərbaxça" sensasiyaya imkan vermədi...

Futbol üzrə Türkiyə Superliqasında 21-ci turun oyunları davam edir. Siasport.az saytı xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub. "Akhisar"ın qonağı olan "Erciyespor" 2:0 hesabı ilə qalib gəlib. Çempionatın lideri olan "Fənərbaxça" isə, öz meydanında "Kasımpaşa"nı qəbul edib. "Şükrü Saracoğlu" stadionunda möhtəşəm azarkeş ordusu qarşısında çıxış edən "sarı lacivərtlilər", qonaq komandanın ciddi müqaviməti ilə üzləşsələr də, meydandan 2:1 hesablı qələbə ilə ayrılıblar. "Fənərbaxça2nın əzəli rəqiblərindən olan "Beşiktaş" isə doğma meydanda "Bursaspor"la qarşılaşıb. "Qara qartallar" oyunun 44-cü dəqiqəsində azlıqda qalmasına baxmayaraq, Bursa təmsilçisinə 1:0 hesabı ilə qalib gəliblər. Qeyd edək ki, Superliqada 21-ci turun qalan oyunları bu axşam keçiriləcək.

16 fevral

Türkiyə Superliqası, 21-ci tur

"Akhisar" - "Erciyespor" - 0:2
Qollar:
Edinyo, 7 (0:1), 53 (0:2)

"Beşiktaş" - "Bursaspor" - 1:0
Qol:
Almeyda, 72 (1:0)

"Fənərbaxça" - "Kasımpaşa" - 2:1
Qollar:
Bələzoğlu, 64 (1:0), Böyüksal, 69 (1:1), İrtegün, 81 (2:1)

15 fevral

"Kayserispor" - "Gənclərbirliyi" - 1:0
Qol:
Mouçe, 78-pen (1:0)

"Karabükspor" - "Gənclərbirliyi" - 2:2
Qollar:
Geral, 10 (0:1), Akça, 52 (1:1), Eneramo, 54 (2:1), Güral, 87 (2:2)


17 fevral

"Konyaspor" - "Elazığspor"

"Antalyaspor" - "Qalatasaray"

"Eskişehirspor" - "Sivasspor"


14 fevral

"Rizespor" - "Qaziantepspor" - 5:1
Qollar:
Leonard, 6 (1:0), Lualua, 11 (2:0). Abdi, 20 (3:0), Medunyanin, 37 (3:1), Kadah, 83 (4:1), 90 (5:1)


S Komandalar O Q H M Xal
1. Fənərbaxça 21 15 2 4 47
2. Beşiktaş 21 12 6 3 42
3. Qalatasaray 20 11 7 2 40
4. Sivasspor 20 11 2 7 35
5. Karabükspor 21 9 7 5 34
6. Akhisar 21 9 4 8 31
7. Kasımpaşa 21 8 6 7 30
8. Eskisehirspor 20 9 3 8 30
9. Trabzonspor 21 8 6 7 30
10. Bursaspor 21 7 7 7 28
11. Konyaspor 20 8 2 10 26
12. Qaziantepspor 21 7 4 10 25
13. Gənclərbirliyi 21 7 3 11 24
14. MP Antalyaspor 20 5 7 8 22
15. Rizespor 21 5 6 10 21
16. Elaziğspor 20 6 1 13 19
17. Erciyesspor 21 4 4 13 16
18. Kayserispor 21 3 7 11 16

Bütün xəbərlər Facebook səhifəmizdə