“Rəvan” “Sumqayıt”la oyuna hazırlaşır

“Rəvan” “Sumqayıt”la oyuna hazırlaşır

Topaz Premyer Liqasının XXI turunda "Rəvan" "Sumqayıt"ın qonağı olacaq. Siasport.az saytının məlumatına görə, Bakı təmilçisi oyuna hazırlığı davam etdirir.

"Bayıl Arena"da hazırlaşan futbolçular gündə 1 dəfə olmaqla məşq edir. Baş məşqçi Güvənc Kurtarın rəhbərliyi altında keçən hazırlıqlarda komandanın bütün üzvləri iştirak edir. Xoşbəxtlikdən düşərgədə zədəli futbolçu yoxdur. Mişel Balokoq isə cəzasını başa vurduğundan artıq "Sumqayıt"la qarşılaşmada meydana çıxa biləcək.

Qeyd edək ki, "Sumqayıt" - "Rəvan" oyunu fevralın 15-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun süni örtüklü meydançasında keçiriləcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə