Şumaxer öldü?

Dekabrın 29-dan komada olan "Formula - 1" çempionu Mixael Şumaxerin ölməsi ilə bağlı xəbərlər yayılıb. Siasport.az saytı xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıblar. Verilən məlumata görə, Fransanın Meribel əyalətində dağda xizək sürərkən yıxılan və beyni zədələnən məşhur idmançının olduğu klinikadan bununla bağlı açıqlama gecikməyib. Bildirilib ki, M.Şumaxer ölməyib və onu komadan ayıltmaq üçün cəhdlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə