Sərbəst güləş üzrə "Təxti Kuboku" beynəlxalq turnirində iştirak etmək üçün Azərbaycan yığma komandası İrana gedib. Siasport.az saytının məlumatına görə, komandamız fevralın 4-də gecə saatlarında Tehran şəhərinə varid olub.
15 ölkənin güləşçilərinin qatıldığı turnirdə yığma komandamızın tərkibində Azərbaycanı 57 kq çəki dərəcəsində Namiq Sevdimzadə və Mircəlal Həsənzadə, 61 kq çəki dərəcəsində Ümüd Məmmədov, 65 kq çəki dərəcəsində Coşqun Əzimov, 74 kq çəki dərəcəsində Bəxtiyar İsrafilli, 86 kq çəki dərəcəsində Məhəmməd Abdulxaliqov, 97 kq çəki dərəcəsində isə Roman Bəkirov təmsil edir. Yığma komandamıza məşqçi Nazim Əlicanov başçılıq edir.
Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakimimiz Xanmirzə Məlikəliyev iştirak edəcək.
Qeyd edək ki, "7 tir" Arenada təşkil olunmuş yarışda sabah (5 fevral) 57, 65, 74 , 97 kq çəki dərəcələri üzrə çəki mərasimi keçiriləcək. Fevralın 6-da isə bu çəki dərəcələrində yarışan güləşçilər mübarizəyə qoşulacaqlar və qaliblər müəyyənləşəcək. Həmin gün, həmçinin 61, 70, 86, 125 kq çəki dərəcələri üzrə çəki mərasimi baş tutacaq. Fevralın 7- də bu çəki dərəcələrində yarışlar başlayacaq və mükafatçılar bəlli olacaq.
Bu gün güləşçilərimiz Tehranda ilk məşqə çıxacaqlar.
Komandamız fevralın 8-də Vətənə qayıdacaq.
Elgün Vidadioğlu, Tehran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB