"Barselona"nın yeni prezidenti Josep Maria Bortemeu, katalon klubunun argentinalı ulduzu Leonel Messi barədə maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, "Barselona"nın yeni prezidenti, L.Messinin yayda başqa klublara, konkret olaraq isə "PSJ"yə keçəcəyi ilə bağlı sualı orijinal şəkildə cavablandırıb: "Messi "Barselona"nın doğma övladıdır. 13 yaşından bəri bu komandadadır. O burada böyüdü, futbolçu kimi "Barselona"da parladı. O heç vaxt "Barselona"nı buraxmaz. Bizim də onu buraxmaq kimi niyyətimiz yoxdur. O futbolçu koryerasını "Barselona"da başa vuracaq."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB