Bakıda UEFA-nın "B" kateqoriyalı məşqçi kursunda iştirak etmək üçün nə qədər pul lazımdır?
Fevralın 3-dən 7-dək, 17-dən 21-dək və martın 10-dan 14-dək Bakı şəhərində AFFA tərəfindən UEFA-nın "B" kateqoriyalı məşqçi kursu keçiriləcək. Siasport.az saytının məlumatına görə, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. "C" Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Sənədləri qaydasında olan hər bir namizəd məşqçi kursunun başlanmasına bir neçə gün qalmış AFFA-ya dəvət olunacaq və təlimatçılar tərəfindən görüş keçiriləcək. Namizədlərə kursda iştirak edib-etməyəcəyi barədə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB