“Lans” "Bakı"nın futbolçularını təqdim etdi

“Lans” "Bakı"nın futbolçularını təqdim etdi

Xəbər verdiyimiz kimi, "Bakı" Futbol Akademiyasının 4 yetirməsi bugünlərdə "Lans"ın düşərgəsinə yola düşüb. Siasport.az saytının məlumatına görə, artıq futbolçular Valeh Seyidov və Ülvi Süleymanov "sarı-qırmızılar"ın U-19 komandası ilə birgə təlim-məşq toplanışına da qoşulub. Ümidləri doğrultmağa çalışan "Bakı"nın futbolçularının hazırlığı Fransa klubunun məşqçilər korpusunu razı salıb.

Hər iki oyunçunun komandanın qarşıdakı günlərdə keçirəcəyi yoxlama oyunlarında meydana çıxması gözlənilir. Artıq "Lans" rəsmi saytı vasitəsi ilə onların təqdimatını keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə