Demba Ba "Fənərbaxça" forması geyib "Qalatasaray"ı qəzəbləndirdi

Demba Ba "Fənərbaxça" forması geyib "Qalatasaray"ı qəzəbləndirdi

"Çelsi"nin futbolçusu "Qalatasaray"ı qəzəbləndirəcək addım atıb. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"la qarşılaşacaq "Çelsi"nin futbolçusu Demba Ba "Fənərbaxça" forması geyərək, "cim bom" azarkeşlərini qəzəbləndirib. Belə ki, seneqallı hücumçu evdə İstanbul klubunun formasını geyərək məşq edib. "Fənərbaxça"lı Mussa Sou ilə yaxın dost olan Demba BaDemba "tvitter" hesabından sözügedən hadisənin fotosunu paylaşıb. "Çelsi"nin oyunçusunUn "Fənərbaxça" forması geyməsi müxtəlif cür şərh olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə