Teymur Məmmədov: "Əsas hədəfim birinci Avropa Oyunlarında qalib gəlməkdir"
"Yeni mövsümdə bütün diqqətim məşqlərə yönələcək. Əsas hədəfim 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında qalib gəlməkdir". Siasport.az saytının məlumatına görə, bu sözləri 2013-cü ilin ən yaxşı idmançılarından biri seçilmiş boks üzrə Azərbaycan millisinin üzvü Teymur Məmmədov deyib. O bildirib ki, hazırda "Baku Fires" komandasında çıxış etmək barədə düşünmür: "Yalnız Azərbaycan yığmasının heyətində mübarizə aparmaqla yeni uğurlar qazanmaq niyyətindəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB