Yeniyetmə sərbəst güləşçilər ilin son sınağında HEYƏTLƏR

Yeniyetmə sərbəst güləşçilər ilin son sınağında HEYƏTLƏR

19-21 dekabr 2013-cü il tarixində yeniyetmə güləşçilər arasında Şimali Osetiyanın Vladiqafqaz şəhərində "Rusiyanın Gəncliyi" Açıq Respublika turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə yığma komandamızın 10 üzvü turnirdə iştirak edəcək.

Məşqçi Vahid Məmmədovun rəhbərliyi altında turnirə Aqil Feyruzzadə (50 kq), Orxan Abbasov, Süleyman Vəliyev (hər ikisi 54 kq), Almazbek Süleymanov, Qüdrət Ağayev (hər ikisi 58 kq), Məhəmməd Həsənzadə (63 kq), Ruslan Aslanov (69 kq), Orxan Yarıyev (76 kq), Nizami Şəmilov (85 kq) və Üzeyir Yusifov (100 kq) yollanıb.

Yığma komandanın digər üzvləri isə, dekabrın 22-24-də Dağıstan Respublikasının Mahaçqala şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə ölkəmizi Babək Hüseynov (42 kq), Əliabbas Rzazadə, Sabutay Əmişov (hər ikisi 46 kq), Elvin Namazov, Əfqan Xaşalov (hər ikisi 50 kq), Mahal Novruzov, Fazil Həsənov (hər ikisi 54 kq), Mahir Əmiraslanov (58 kq), Pənah İlyaslı, Teymur Məmmədov (hər ikisi 63 kq) və İqbal Hacızadə (100 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində Tural Əliyev hakim kimi iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə