AFFA-nın İcraiyyə Komitəsinin iclasının başlanma vaxtı dəyişdirilib

AFFA-nın İcraiyyə Komitəsinin iclasının başlanma vaxtı dəyişdirilib

Dekabrın 18-də AFFA-nın inzibati binasında keçiriləcək İcraiyyə Komitəsinin növbəti iclasının başlanma vaxtı dəyişdirilib. Siasport.az saytının məlumatına görə, iclas, əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 11:00-da deyil, saat 10:00-da başlayacaq. Gündəliyə daxil edilmiş məsələləri bir daha diqqətinizə çatdırırıq:

1. Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi

2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması

3. AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi

4. Digər məsələlər

Bütün xəbərlər Facebook səhifəmizdə