“Azəryol” “Qalatasaray”a məğlub olub

“Azəryol” “Qalatasaray”a məğlub olub

Bakı Voleybol Mərkəzində Azərbaycanın qadınlardan ibarət "Azəryol" voleybol komandası Çempionlar Liqasında növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, 5-ci tur çərçivəsində "Azəryol" Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşıb. Qarşılaşma 2:3 (25:21, 22:26; 25:21, 15:25; 14:16) hesabı ilə "Azəryol" komandasının məğlubiyyəti ilə başa çatıb.
Oyunu Aln Mateyzer (Rumıniya), Aleksandr Pyasetski (Belarus) idarə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə