Balakən Olimpiya İdman Kompleksi növbəti dəfə yeniyetmə güləşçilərin Respublika birinciliyinə ev sahibliyi edib. Siasport.az saytının məlumatına görə, kompleksdə İdman məktəblərinin VI Respublika oyunlarının proqramına daxil olan 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Respublika birinciliyinin final mərhələsi keçirilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışlarda 41 şəhər və rayonu təmsil edən 210 idmançı 12 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Birinciliyin qalibləri diplom, kubok və medallarla mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB