Futbol üzrə İspaniya La Liqasında 14-cü turun oyunları davam edir. Siasport.az saytı xəbər verir ki, turun ən böyük hesablı nəticəsi Madriddə qeydə alınıb. Belə ki, öz meydanında "Xetafe" ilə qarşılaşan Madrid təmsilçisi "Atletiko" klubu, rəqibi üzərində 7:0 hesablı qələbəyə sevinib. "Qranada" ilə qarşılaşan "Barselona" isə, rəqibinə 4 cavabsız qolla qalib gəlib. "Barselona"nın əzəli rəqibi olan Madridin "Real" klubu katalon klubundan daha çox qollu qələbəyə sevinib. Belə ki, kral klubu səfərdə "Almeriya"nı 5:0 hesabı ilə darmadağın edib. Qeyd edək ki, La Liqada 14-cü tura sabah keçiriləcək "Malaqa" - "Atletik" (Bilbao) oyunu ilə yekun vurulacaq.
23 noyabr
İspaniya La Liqası, 14-cü tur
"Barselona" - "Qranada" - 4:0
Qollar: İniyesta, 19-pen (1:0), Fabreqas, 40-pen (2:0), Sançez, 71 (3:0), Rodriqez, 90 (4:0)
"Real Sosyedad" - "Selta Viqo" - 4:3
Qollar: Vela, 6 (1:0), Rafinya, 23 (1:1), Lopez, 28 (1:2), Rafinya, 57 (1:3), Vela, 61 (2:3), 78 (3:3), 81 (4:3)
"Almeriya" - "Real" (Madrid) - 0:5
Qollar: Ronaldo, 3 (0:1), Benzema, 61 (0:2), Beyl, 72 (0:3), İsko, 74 (0:4), Morata, 80 (0:5)
"Atletiko" (Madrid) - "Qetafe" - 7:0
Qollar: R.Qarsiya, 26 (1:0), Lopo, 36-avtoqol (2:0), Vilya, 49 (3:0), R.Qarsiya, 52 (4:0), Kosta, 69 (5:0), Vilya, 78 (6:0), Adrian, 90 (7:0)
24 noyabr
"Levante" - "Vilyareal"
"Rayo Valyekano" - "Espanyol"
"Elçe" - "Valensiya"
"Sevilya" - "Betis"
25 noyabr
"Malaqa" - "Atletik" (Bilbao)
22 noyabr
"Valyadolid" - "Osasuna" - 0:1
Qol: Mate Ojer, 84 (0:1)
| S | Komandalar | O | Q | H | M | Xal |
|---|---|---|---|---|---|---|
| 1. | Barselona | 14 | 13 | 1 | 0 | 40 |
| 2. | Atletiko (Madrid) | 14 | 12 | 1 | 1 | 37 |
| 3. | Real (Madrid) | 14 | 11 | 1 | 2 | 34 |
| 4. | Vilyareal | 13 | 7 | 3 | 3 | 24 |
| 5. | Atletik (Bilbao) | 13 | 7 | 2 | 4 | 23 |
| 6. | Real Sosyedad | 14 | 5 | 5 | 4 | 20 |
| 7. | Qetafe | 14 | 6 | 2 | 6 | 20 |
| 8. | Valensiya | 13 | 5 | 2 | 6 | 17 |
| 9. | Levante | 13 | 4 | 5 | 4 | 17 |
| 10. | Qranada | 14 | 5 | 2 | 7 | 17 |
| 11. | Sevilya | 13 | 4 | 4 | 5 | 16 |
| 12. | Espanyol | 13 | 4 | 3 | 6 | 15 |
| 13. | Elçe | 13 | 3 | 5 | 5 | 14 |
| 14. | Malaqa | 13 | 3 | 4 | 6 | 13 |
| 15. | Osasuna | 14 | 4 | 1 | 9 | 13 |
| 16. | Selta Viqo | 14 | 3 | 3 | 8 | 12 |
| 17. | Valyadolid | 14 | 2 | 6 | 6 | 12 |
| 18. | Almeriya | 14 | 3 | 3 | 8 | 12 |
| 19. | Rayo Valyekano | 13 | 4 | 0 | 9 | 12 |
| 20. | Betis | 13 | 2 | 3 | 8 | 9 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB