Roberto Karlos: "hədəfimiz Avropadır"

Roberto Karlos: "hədəfimiz Avropadır"

Türkiyənin "Sivasspor" futbol klubunun braziliyalı baş məqşçisi Roberto Karlos, FİFA-nın rəsmi saytına açıqlamalar verib.Siasport.az saytı xəbər verir ki, braziliyalı gənc futbol mütəxəssisi, komandasının əsas məqsədinin avrokuboklara vəsiqə qazanmaq olduğunu, bu məqsəd üçün mübarizə aparacaqlarını elan edib. Türkiyədə futbolun inkişafı üçün böyük imkanların olduğunu deyən R.Karlos bildirib ki, hələ İstanbulun "Fənərbaxça" futbol klubunda çıxış edərkən bu ölkəyə xüsusi simpatiyası yaranıb. Ailəsi üçün də Türkiyənin maraqlı və doğma yer olduğunu deyən R.Karlos qeyd edib ki, komandasındakı əksər futbolçular Avropa klublarında çıxış etmək gücündədirlər. Braziliyalı gənc mütəxəssisi qeyd edib ki, onun komandası Türkiyədə hörmətlə yanaşılan futbol komandasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə