"Rəvan” yoxlama oyunu keçirib

Yığmaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Rəvan" klubu yoxlama oyunu keçirib. Siasport.az saytının məlumatına görə, komanda əvəzediciləri ilə qarşılaşıb.

Hər biri 25 dəqiqədən ibarət 3 hissəlik görüşdə əsas komanda 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Xuan Manuel Varea və Elnur Abdulov vurub. Qeyd edək ki, bu oyunda əsas komandada zədəli futbolçular – Tofiq Mikayılov və Elvin Həsənəliyevdən başqa, hamı forma geyinmək şansı qazanıb.

Onu da əlavə edək ki, bu gün istarahət edəcək futbolçular ayın 19-dan "Qarabağ"la matçın hazırlıqlarına başlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə