9-10 noyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə "ClimBaku" idman dırmanması mərkəzində idman dırmanması üzrə növbəti açıq Respublika çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, çempionatda FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan idman klublarının 100-dən artıq idmançısı ilə yanaşı, xarici idmançılar da iştirak edəcək.
Üç mərhələdə (təsnifat, yarımfinal, final) təşkil olunacaq yarışda idmançılar boulderinq, çətinlik və sürət növləri üzrə qüvvələrini sınayacaqlar.
Çempionatın keçirilməsində əsas məqsəd ölkəmizdə ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə idman dırmanması üzrə dünya kuboku yarışı açıq havada Dövlət Bayraq Meydanında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə 22-23 iyun 2013-cü il tarixlərində keçirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB