Giorgi Çixradze: "Bu oyunda 1 xal qazanmalı idik"

Giorgi Çixradze: "Bu oyunda 1 xal qazanmalı idik"

"Çoxsaylı hücumların şahidi olduq. Top uğrunda gərgin mübarizə getdi". Siasport.az saytının məlumatına görə, bu sözləri "Simurq" klubunun baş məşqçisi Giorgi Çixradze "Bakı" ilə oyundan sonra deyib. O, bu matçda 1 xal itirdiklərini qeyd edib: "Heç nədən, adi səhvlərdən qapımızda iki qol gördük. Fikrimcə, bu oyunda 1 xal qazanmalı idik. Hakimlik barədə nə deyə bilərəm? Allah canını sağ eləsin, yüz il yaşasın".

Bütün xəbərlər Facebook səhifəmizdə