Xəbər verdiyimiz kimi, sabah iki əzəli rəqib "Neftçi" və "Xəzər Lənkaran" "Bakcell Arena"da üz-üzə gələcəklər. Siasport.az saytı Stadium.az-a istinadən xəbər verir ki, "Xəzər Lənkəran"la oyun öncəsi "Neftçi" azarkeşləri bir gün ərzində kassadan bütün biletləri alıblar. Dünəndən oyunun biletləri satışa çıxlıb. Saytımıza daxil olan məlumata görə, "Neftçi" azarkeşləri kassalarda olan biletləri toplu şəkildə alaraq satışı dayandırıblar.
Daha bir məlumatda bildirilir ki, bu oyunda ən azından 5000 min "Neftçi" azarkeşi stadionda olacaq. "Neftçi" azarkeşləri toplu şəkildə biletləri almaqla rəqib azarkeşlərin meydana girməsinin qarşısını almağa çalışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB