Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında milli komandamızın üzvlərindən ilk olaraq Cavid Çələbiyev (56 kq) rinqə çıxıb. Siasport.az saytının məlumatına görə, həmyerlimiz gərgin mübarizə şəraitində keçən döyüşdə tacikistanlı Oraz Avzalşoevi məğlub edib - 2:1 (28:29, 29:28, 30:27). Çələbiyev 1/16 finalda Olimpiya oyunlarının mükafatçısı, "Baku Fires" klubunun sabiq üzvü Tuqsqot Nayambayarla (Monqolustan) qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB