Məsut Özil: "Mənim üçün "Real" dəftəri qapanıb"

Məsut Özil: "Mənim üçün "Real" dəftəri qapanıb"

Madrid "Real"ının keçmiş futbolçusu Məsut Özil, Almaniya mətbuatında maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, Karlo Ancelottinin gəlişindən sonra kral klubunu London "Arsenal"ına dəyişən türk əsilli alman futbolçu, yeni komandasında xoşbəxt olduğunu elan edib. Məşhur "Bild" nəşrinə açıqlama verən futbol üzrə Almaniya millisinin ulduz futbolçusu bildirib ki, İngiltərə Premyer Liqasında oynamaq tamam başqa hissdir: "Burada oynadıqca əsl futbolun nə demək oldğunu daha aydın hiss edirsən. 24 yaşım var. dünyanın ən güclü və səviyyəli üç çempionatında çıxış etmişəm. Buna görə örnək bir avropalı sayıla bilərəm. Mənim üçün artıq "Real" dəftəri çoxdan bağlanıb. Bütün gücümü "Arsenal"ın uğurları üçün sərf edəcəyəm."

Bütün xəbərlər Facebook səhifəmizdə