"Bakı"nın iki futbolçusu Litva millisinə çağırıldı

"Bakı"nın iki futbolçusu Litva millisinə çağırıldı

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bosniya və Hersoqovina və Latviya ilə qarşılaşacaq Litva millisinin heyəti açıqlanıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi İqor Pankratyev qarşıdakı oyunlar üçün 25 oyunçuya dəvət göndərib. "Bakı"nın iki futbolçusu - Deyvidas Çesnauskis və Mindauqas Kalonas da Litva yığmasına çağırılıb.

Qeyd edək ki, Litva oktyabrın 11-də evdə Latviya, 4 gün sonra isə Bosniya və Hersoqovinanı qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə