Bu gün Topaz Premyer Liqasının IX turunda "Simurq" AZAL-ın qonağı olacaq. Siasport.az saytının məlumatına görə, dünən "Simurq" qarşılaşmanın keçiriləcəyi stadionda sonuncu məşqinə çıxıb. Bir saata yaxın davam edən hazırlıq prossesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra iki qrupa bölünərək "kvadrat" oynanılıb. İkitərfli oyundan sonra isə cinahlardan asmalar və onların qapanması təmrinləri yerinə yetirilib. Bununla da "sarı-qaralar" məşqi tamamlayaraq istirahətə çəkilib və qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
Xatırladaq ki, AZAL - "Simurq" oyunu bu gün saat 18:00-da start götürəcək. Bu qarşılaşmaya "Simurq" ciddi itkilərlə çıxacaq. Belə ki, "təyyarəçilər"lə görüşdə cəzalı Draqan Çeranla, İlkin Qırtımov və hələ də zədəsi tam sağalmayan Rövşən Əmiraslanov forma geyinə bilməyəcək. AZAL - "Simurq" oyunu "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB