Alina Hacıyeva dünya birinciliyində bürünc medal qazandı FOTO

Alina Hacıyeva dünya birinciliyində bürünc medal qazandı FOTO

Bolqarıstanın Albena şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə dünya birinciliyinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, yarışda 3 boksçu ilə iştirak edən Azərbaycan milli komandası 1 bürünc medalla kifayətlənib.

Yeniyetmələrin yarışında gücünü sınayan Alina Hacıyeva (80+ kq) bir döyüşdə qələbə qazanıb, birində məğlub olmaqla bürünc medal əldə edib. Boksçumuz yarımfinalda Rusiya təmsilçisi Mariya Şişmarayevaya məğlub olub.

Anaxanım Ağayeva (51 kq) və Məryəm Cəbrayılova isə yarışı mükafatsız başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə