"Bakı" "İnter" ilə oyuna hazırlaşır

"Bakı" "İnter" ilə oyuna hazırlaşır

"Bakı" klubu "İnter"lə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, komanda baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında təlim-məşq bazasında 1,5 saat davam edən məşq keçib. Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Hazırlıq prosesi qapıya zərbələrlə bitib. Elvin Әliyev və Vüqar Mustafayev zədəli olduqlarına görə məşqdə iştirak etməyiblər. Mario Alvarez, Ruben Martinez və Mario Horvat isə komandadan ayrı çalışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə