I Divizion, I turun oyun cədvəli

Futbol üzrə Azərbaycan I Divizionunda 2013/2014-cü il mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Siasport.az saytının məlumatına görə, dörd oyun günündə keçiriləcək ilk tur Mingəçevirdə start götürəcək və Şəmkirdə başa çatacaq.

I tur

13 sentyabr (cümə)

"Energetik" (Mingəçevir) – "Lokomotiv" (Biləcəri)
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14 sentyabr (şənbə)

"Turan – T" (Tovuz) – "Araz Naxçıvan" (Naxçıvan)
Tovuz şəhər stadionu

"Qaradağ Lökbatan" (Lökbatan) – "Göyəzən" (Qazax)
Lökbatan qəsəbə Olimpiya idman kompleksinin stadionu

"Şuşa" (Şuşa) – "Şahdağ" (Qusar)
"Şəfa" stadionu, 4-cü meydança

15 sentyabr (bazar)

"Neftçala" (Neftçala) – "Karvan" (Yevlax)
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu

"Ağsu" (Ağsu) – "Kəpəz" (Gəncə)
Ağsu şəhər stadionu

MOİK (Bakı) – "Bakılı" (Bakı)
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

16 sentyabr (bazar ertəsi)

"Şəmkir" (Şəmkir) – "Mil-Muğan" (İmişli)
Şəmkir şəhər Olimpiya idman kompleksinin stadionu

Qeyd edək ki, bütün oyunlar saat 17:00-da başlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə