Əjdər Cəfərov: "İnanıram ki, BOK-un üzvləri bu səhv addımı başa düşüb...”
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov güləş idman növünün olimpiya oyunlarında saxlanılıb-saxlanılmamasına münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, baş katib güləşin olimpiadanın proqramında saxlanılacağına ümid etdiyini qeyd edib: "Hesab edirəm ki, olimpiya oyunlarında güləş üzrə 6 çəki dərəcəsində hər üç növün planlaşdırılması, xüsusilə də qadın güləşinin kişi güləşi ilə bərabər hüquqa malik olması kimi dəyişikliklər bu qərara mühüm dərəcədə təsir göstərəcək. Biz də öz növbəmizdə güləşin olimpiya oyunlarında qalmasını dəstəkləyirik. Ümid dedirik ki, Beynəlxalq Olimpiya Komitəsində (BOK) olan 125 üzv güləşin olimpiya oyunlarında qalmasına səs verəcək. İnanıram ki, BOK-un üzvləri bu səhv addımı başa düşüb, güləşin olimpiya oyunlarında saxlanılmasına qərar verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB