Bakının qadınlardan ibarət "Telekom" komandasının ötən ilki heyətindən yeddi voleybolçu yeni mövsümdə də kollektivin şərəfini qoruyacaq. Siasport.az saytının məlumatına görə, Super Liqanı altıncı yerdə bitirən Bakı təmsilçisi Liza Ruban, Boqdana Anisova, Yana Doroşenko, Arina Bəhramova, Marqarita Stepanevko, Yelena Xarçenko və Kristina Besman ilə müqaviləni uzadıb.
Bununla da klubda oyunçuların sayı 10-a çatıb. Onlardan əvvəl isə Kersti Cekson, Hayley Spelman və Monique Meadlə üçillik müqavilə bağlanmışdı.
"Telekom" yaxın günlərdə heyətinə daha bir neçə oyunçu cəlb etməyi də planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB