Boks üzrə yeniyetmələr arasında növbəti Avropa birinciliyi Rusiyanın Anapa şəhərində keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarış noyabrın 8-dən 17-ə kimi kurort şəhərində təşkil olunacaq. Avropa birinciliyində 13 çəki dərəcəsi üzrə 15-16 yaşlı idmançılar iştirak edə bilərlər. Qitə birinciliyinin döyüşləri "Vityaz" İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, bir neçə gündən sonra isə yeniyetmələr arasında dünya birinciliyi Ukraynanın paytaxtı Kiyevdə start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB