Azərbaycanın WSB liqasındakı təmsilçisi "Baku Fires" boks klubu yeni mövsümə hazırlığı davam etdirir. Siasport.az saytının məlumatına görə, komandamız ilk təlim-məşq toplanışını avqustun 15-dən 31-ə kimi Rusiyanın Kaspiysk şəhərində keçib. Seleksiya xarakterli toplanışda 40-a yaxın boksçu iştirak edib.
"Baku Fires"in növbəti toplanışı daha çox fiziki hazırlığın artırılmasına yönələcək. Nuripaşa Talibovun yetirmələri sentyabrın 4-dən 25-ə kimi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Rusiyanın Dombay şəhərində hazırlıq keçəcəklər.
Xatırladaq ki, komandamız WSB liqasında B qrupunda Kuba, Meksika, Rusiya, Polşa və Qazaxıstan klubları ilə mübarizə aparacaq. "Baku Fires" ilk görüşünü noyabrın 15-də səfərdə "Astana Arlans"a qarşı keçirəcək. Komandamız Bakıda ilk görüşünü isə noyabrın 23-də meksikalılara qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB