Daha bir alpinist klubumuz “Kazbek”in fəthi üçün yola düşdü

Daha bir alpinist klubumuz “Kazbek”in fəthi üçün yola düşdü

Azərbaycanın "Nikoil" alpinist klubu "Kazbek" zirvəsini fəth etmək üçün Gürcüstana yola düşüb. Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən məlumata görə, bu barədə klubun rəhbəri Rasim Məmmədov məlumat verib.

R.Məmmədovun sözlərinə görə, 10 nəfərlik ekspedisiya qrupunun məqsədi, Gürcüstanda yerləşən, hündürlüyü 5033 metr olan "Kazbek" zirvəsinin fəthidir: "İndiyə qədər "Nikoil" klubu bir çox ekspedisiyalarda və yarışlarda iştirak edib. Lakin bu gün biz hündürlüyü 5000 metrdən çox olan zirvəyə ilk dəfə yürüş edirik. İnanırıq ki, qarşıya qoyulan məqsədə nail olacağıq. Bizə göstərdiyi dəstəyə görə, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlıya dərin təşəkkürümüzü bildiririk" .
Xatırladaq ki, "Kazbek" zirvəsi Qafqazı iki hissəyə (Şərqi və Mərkəzi Qafqaz) bölür. Hündürlüyü 5033 metrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə