Fransalı futbolçu Coffre Kondoqbya "Sevilya" ilə bağlanmış müqaviləni birtərəfli qaydada pozub və yaxın vaxtlarda kluba 20 milyon avro vəsait ödəməlidir. Bu barədə Siasport xəbər verir. Yerli mətbuatda yarımmüdafiəçinin "Monako" klubuna keçidinin daha real olduğu və tələb olunan məbləğin də məhz "Monako" tərəfindən ödəniləcəyi barədə məlumat verilir. Kondoqbya 2012-ci ilin yayında "Lans"dan "Sevilya" klubuna transfer olunub. O, ispan klubunun tərkibində keçirdiyi 40 matç ərzində qol vura bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB