Fatih Terimin Türkiyə millisinin baş məşqçisi postuna qayıdışı reallaşır. Siasport.az saytının məlumatına görə, tanınmış mütəxəssislə "Qalatasaray" klubunun prezidenti Ünal Aysal arasında bu gün keçirilən görüşdə bu barədə razılıq əldə olunub.
Böyük maraqla gözlənilən bu görüşdən sonra Aysal mətbuata açıqlama verib: "Terimə 2014-cü il dünya çempionatının seçmə mərhələsində qalan 4 oyunda yığmamızı çalışdırmağa icazə verdik. İstəsə, may ayınadək federasiyaya hər cür dəstək verə bilər".
Fatih Terim indiyədək xaricdə "Fiorentina" və "Milan" klublarının baş məşqçisi olub. 58 yaşlı mütəxəssis hal-hazırda Qalatasaray klubuna rəhbərlik edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB