Millimiz qələbə qazanıb

Bolqarıstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bolqarıstanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq oyunu keçirib. Siasportun verdiyi xəbərə görə, qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb. Bolqarıstan komandasının qapısından topları Aliyə Vəliyeva və Aysun Əliyeva keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə