Lozanna Arbitraj məhkəməsi futbolçuları cəzalandırıb

Lozanna Arbitraj məhkəməsi futbolçuları cəzalandırıb

Lozanna Arbitraj məhkəməsi "Karpatı" (Lvov, Ukrayna) komandasının keçmiş oyunçuları S. Pşeniçnıx, N. İşenko, V.Kobin, V. Fedoriva və M. Malepa (polşalı) barədə qərar qəbul edib. Siasportun R. Sport agentliyinə istinadən verdiyi xəbərə görə, qərara əsasən həmin futbolçular 19 aprel 2008-ci il tarixdə keçirilən "Karpatı" (Lvov) və "Metallist" (Xarkov) oyununun nəticələrinə təsir göstərməkdə (rüşvət müqabilində) təqsirli bilinərək hər bir idmançıya 3 il müddətində diskalifikasiya cəzası tətbiq edilib.

Həmin matç başa çatdıqdan sonra "Karpatı" komandasının oyunçularından birinin rüşvət aldıqlarını etiraf etməsi barəsində videoyazı Ukrayna Futbol Federasiyasına daxil olduqdan sonra hər iki klubun hesabından 9 xalın silinməsi, "Metallist"in isə aldığı bürünc medalın ləğv olunması barədə qərar qəbul edilib. Futbolçular da 3 illik diskalifikasiya edilib və hər biri 10 min ABŞ dolları məğləğində cərimələnib.

Lozanna Arbitraj məhkəməsi komandaların hesabından 9 xalın silinməsi barədə Ukrayna FF-in qərarını ləğv edərək hər iki komandanı 25 min ABŞ dolları məğləğində cərimələyib. "Metallist"in idman direktoru E.Krasnikov isə 5 il müddətində futbolla bağlı heç bir işdə fəaliyyət göstərə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə