Almaniya superkubokunu “Borussiya” qazandı

Almaniya superkubokunu “Borussiya” qazandı

Dortmundun "Borussiya" klubu Münhenin "Bavariya" klubuna 4:2 hesabı ilə qalib gələrək 5-ci dəfə Almaniya superkubokunun sahibi olub. Siasportun R-Sport agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Borussiyanın "Siqnal İduna Park" idman arenasında keçirilib.

Qollar "Borussiya"dan Marko Reus (6, 88 dəq), Daniel Van Byuyten (56 dəq, avtoqol), İlkay Gündoğan (57 dəq), "Bavariya" komandasından isə Arien Robenin (54, 64 dəq) müəllifliyi ilə vurulub.

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qalıb. Oyun zamanı buraxılan səhvlərə gəlincə isə çalışdırıcı bundesliqa turnirlərinə qədər onların aradan qaldırılacağına söz verib. "Borussiya" nın çalışdırıçısı Y.Klopp isə, Bavariya komandasını tərifləyərək onu Almaniya çempionatının favoriti adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə