Braziliyada keçirilən futbol üzrə Konfederasiyalar Kuboku, meydan sahiblərinin çempionluğu ilə başa çatıb. Siasport.az saytı xəbər verir ki, dünən gecə Braziliya və ispaniya futbol mililərinin qarşılaşmasında gülən tərəf braziliyalılar olublar. Meydan sahibləri sözün əsl mənasında son Avropa və Dünya Çempionlarına futbol dərsi keçiblər. Fredin dublu və Neymarın möhtəşəm qolu sayəsində meydan sahibləri "buğaları" 3:0 hesabı ilə məğlub edərək, Konfederasiyalar Kubokuna sahib olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB