Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatı başa çatıb. Siasport xəbər verir ki, idmançımız Məhəmmədrəsul Məcidov finalda rusiyalı Sergey Kuzmini məğlub edərək qızıl medal qazanıb.
Teymur Məmmədov finalda rusiyalı Aleksey Yeqorovа uduzaraq, "gümüş"lə kifayətlənib.
Xatırladaq ki, Elvin Məmişzadə və Salman Əlizadə Avropa çempionatının bürünc medalına layiq görülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB