Realda oynamaq uşaqlıq arzum olub

Realda oynamaq uşaqlıq arzum olub

"Napoli"nin hücumçusu Edinson Kavani ən çox oynamağı arzuladığı komandanın adını söyləyib.

Siasport xəbər verir ki, italyan mətbuatına açıqlama verən uruqvaylı futbolçu "Real"da oynamaq istədiyini bildirib:

"Real"da oynamaq uşaqlıq arzumdu. Amma "Napoli" formasını qürurla daşıyıram. Yetkin yaşda olmağıma baxmayaraq dəyişməyən tək şey arzularımdı. Premyer Liqada da oynamaq mənim üçün maraqlı olardı".

26 yaşlı futbolçu "Napoli" forması ilə 138 oyunda iştirak edib və 104 qol vurub.

Qeyd edək ki, Kavanini transfer etmək istəyən klub "Napoli"yə 54 milyon funt sterlinq ödəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə