"Hədəfimiz Çempionlar Liqasının kubokunu Türkiyəyə gətirməkdir"

"Hədəfimiz Çempionlar Liqasının kubokunu Türkiyəyə gətirməkdir"

İstanbulun "Qalatasaray" futbol klubunun prezidenti Ünal Aysal, iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı Türkiyənin nüfuzlu "Milliyet" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubunun prezidenti gələcək həftədə daha 2-3 futbolçunun transferini reallaşdıracaqlarını deyib: "Artıq Chedjounun transferi artıq bitmək üzrədir. Yəqin ki, bu həftə ərzində onun komandamıza keçidi ilə bağlı rəsmi sözləşmə imzalanacaq. Bundan başqa, baş məşqçimizin istəyi ilə daha 2-3 futbolçunun transferi ilə bağlı konkret danışıqlar aparırıq. Əsas hədəfimiz Avropanın on ən yaxşı futbol klubunun sırasına qoşulmaq və UEFA Çempionlar Liqasını Türkiyəyə qazandırmaqdır."

Bütün xəbərlər Facebook səhifəmizdə