Əziz Yıldırım Pepe və Emenike üçün "yox" dedi!

Əziz Yıldırım Pepe və Emenike üçün "yox" dedi!

İstanbulun "Fənərbaxça" futbol klubunun gündəmində olan "Real"ın futbolçusu Pepe və hazırda Moskva "Spartak"ında çıxış edən Emmanuel Emenike b arədə qərar verilib. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça" prezidenti Əziz Yıldırım bu iki futbolçunun İstanbul klubuna transfer olunmasında maraqlı deyil. Bu barədə Türkiyənin "Kanal 7" Televiziyasının idman aparıcısı Erhan Çelik öz şəxsi twitter hesabından bəyan edib. Dünən axşam Ə.Yıldırım ilə görüşdüyünü yazan E.Çelik qeyd edib ki, Ə.Yıldırım Pepenin yaşlı olduğunu, E.Emenikenin isə bahalı qiymətə sahib olduğunu deyərək hər iki futbolçunun transferindən vaz keçdiklərini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə