Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq İqtisadi İnkişaf Nazirliyinin (İİN) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilmiş mini-futbol çempionatı və şahmat turniri mayın 4-də başa çatıb. İİN-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, aprelin 6-dan etibarən Respublika Şahmat Federasiyasında təşkil edilən şahmat turnirində Nazirliyin aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 30-a yaxın əməkdaşı iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşı Rəcəb Süleymanov I yeri, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşı Fikrət Qurbanov II yeri, Nazirliyin Dövlət investisiyaları şöbəsinin əməkdaşı Ceyhun Məcidov isə III yeri tutublar. Turnirin qaliblərinə İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanı və pul mükafatı təqdim edilib. Turnirin bütün iştirakçılarına isə İqtisadi İnkişaf Nazirliyi tərəfindən şahmat dəsti hədiyyə olunub. İqtisadi İnkişaf Nazirliyinin qurumları arasında martın 30-dan etibarən start verilib və 15 komandanın iştirak etdiyi mini-futbol çempionatının nəticələrinə əsasən isə "Təmiz Şəhər" ASC-nin komandası qalib gəlib. Turnirdə "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin komandası 2-ci, "Azərlotereya" ASC-nin komandası isə 3-cü yeri tutub. Turnirin qalibinə çempionatın xüsusi kuboku, ilk üç yeri tutan komandalara və fərqlənən idmançılara fəxri fərman və hədiyyələr, turnirdə iştirak etmiş bütün komandalara isə hədiyyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB